Аннотация: Проведено исследование миграционной литературы Азербайджана и ее формирование в 1909-1920, 1920-1941, 1941-1991 годах, и начиная с 1991 года по настоящий момент. Азербайджан после приобретение независимости, миграционная литература перешла в новый развитой этап.
Ключевые слова: Миграция, миграция Азербайджанцев, Родина, Общество «Родина», Миграционная литература Азербайджана, азербайджанцы всего мира.
УДК 821.321
İradə Rəsuli
filologiya üzrə fəlsəfə doktoru,
“Ədəbiyyat və Azərbaycan dili” kafedrasının dosenti,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ирада Расули
доктор философии по филологическим наукам,
доцент кафедры "Литература и Азербайджанский язык",
Азербайджанский Государственный Университет
Культуры и Искусств
AZƏRBAYCAN MÜHACIRƏT ƏDƏBIYYATI VƏ ONUN TƏŞƏKKÜLÜ
МИГРАЦИОННАЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА И ЕЕ ФОРМИРОВАНИЕ
Mücərrəd: 1909-1920-cu, 1920-1941-ci, 1941-1991-ci illər, 1991-ci ildən indiyədək olan mərhələlərdə Azərbaycan mühacirət ədəbiyyatı və onun təşəkkülü haqqında araşdırmalar aparılmışdır. Azərbaycan müstəqillik qazanandan sonra, mühacirətşünaslığı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Açar sözlər: Mühacirət, Azərbaycan mühacirəti, Vətən, “Vətən” Cəmiyyəti, Azərbaycan mühacirət ədəbiyyatı, dünya azərbaycanlıları.
Аннотация: Проведено исследование миграционной литературы Азербайджана и ее формирование в 1909-1920, 1920-1941, 1941-1991 годах, и начиная с 1991 года по настоящий момент. Азербайджан после приобретение независимости, миграционная литература перешла в новый развитой этап.
Ключевые слова: Миграция, миграция Азербайджанцев, Родина, Общество «Родина», Миграционная литература Азербайджана, азербайджанцы всего мира.
Azərbaycan mühacirət ədəbiyyatı Azərbaycanın daxilində yaranan ədəbiyyat qədər qədim və zəngindir.XX-XXI əsrlərdə Azərbaycanın bir sıra qələm sahibləri müxtəlif səbəblər üzündən vətəndən kənarda yaşamaqlarına baxmayaraq, Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər.Öncə qeyd edək ki, mühacirətşünaslıq müstəqil elm sahəsi kimi XX əsrin sonlarında təşəkkül tapsa da, Azərbaycan mühacirətinin öyrənilməsi tarixi daha əvvəllərdən-həmin əsrin 20-30-cu illərindən başlayır.Azərbaycan mühacirət ədəbiyyatının inkişafını əsasən dörd mərhələyə ayırmaq olar:
1.1909-1920-cu illər mərhələsi.
Bu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi.Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi.Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular.Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər.Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar.M.Ə.Rəsulzadə İranda yaşadığı müddətdə Şərqdə ilk Avropa standartlarına uyğun “İrani-novin” qəzetinin nəşrinə başlamışdı.Bu qəzetdə onun ədəbi məqalələri , şeirləri və tərcümələri nəşr olunurdu.Ə.Hüseynzadə və Ə.Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı” , “İttihad və tərəqqi” cəmiyyətlərində fəaliyyət göstərirdilər.
2.1920-1941-ci illər mərhələsi.
Bu dövrün nümayəndələri olmuş ədəbi simalardan Məmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Yusif Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Əhməd Cəfəroğlunun, H.Baykaranın , Almas İldırımın və başqalarının adlarını çəkmək olar.Bu mərhələdə, daha dəqiq desək, 1924-cü ildə M.Ə.Rəsulzadə İstanbulda Azərbaycanlıların Milli Mərkəzini yaratdı.Azərbaycan mühacirət ədəbiyyatının bütün nümayəndələri bu mədəni mərkəzin üzvləri idilər. Onlar əmin idilər ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə həm siyasi, həm də mədəni istiqamətlərdə aparılmalıdır.Mühacirət ədəbiyyatının inkişafında M.Ə.Rəsulzadənin müstəsna rolu vardır.Mirzə Bala Məmmədzadə qeyd edirdi ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan mühacirət ədəbiyyatı xaotik vəziyyətdə idi.O, Türkiyədə və Avropanın digər bölgələrində yaşayan azərbaycanlıları bir amal ətrafında birləşdirməyə nail oldu.1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına təkan verdilər.Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar.”Yeni Qafqaziya”, “Azəri-Türk” ,”Odlu-Yurd”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş” kimi jurnallar, “Bildiriş” , “İstiqlal” və.s kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.
3.1941-1991-ci illər mərhələsi.
Bu mərhələnin başlanğıcı Böyük Vətən Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür.Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən vətənə dönə bilməmişdilər.Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi.Ona görə də əsirlikdən vətənə dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular.Onların arasında müharibədən sonra Sovet Ittifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçı və şairlər də var idi.Əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir.Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də Azərbaycan ədəbiyyatının inkişafında az iş görməmişdir.Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan” Azərbaycan” qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü.Ən görkəmli nümayəndələri M.Kəngərli, A.Dağlı, S.Təkinər və başqaları hesab olunurlar.Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər.Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş vermişdi.Bununla da Azərbaycan ədəbiyyatında “Cənub mövzusu” yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzular idi.
4. 1991-ci ildən indiyədək olan mərhələ.
1990-cı illərdə Azərbaycanı tərk edən və mühacirətdə ədəbi fəaliyyətlə məşğul olan yazıçıların sırasında aşağıdakıların adlarını çəkmək olar: Nuridə Atəşi, Azər Əbilbəyli, Vüqar Dəmirbəyli (hər üçü Almaniya), Əli Əkbər (İsveçrə) və.s. Əgər milli mühacirətşünaslığımızın təşəkkül mərhələsi M.B.Məhəmmədzadənin şərəfli adı və fəaliyyəti ilə bilavasitə bağlıdırsa, sözügedən yeni mərhələsi, heç şübhəsiz, ilk növbədə , Elçinin, rəhbəri olduğu “Vətən” Cəmiyyətinin və bu cəmiyyətin mətbu orqanı ”Odlar yurdu” qəzetinin adı və fəaliyyəti ilə səciyyələnir [1].Azərbaycan mühacirət ədəbiyyatının araşdırılmasını və ədəbi prosesə cəlb edilməsini ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin mühüm vəzifələrindən biri kimi irəli sürən xalq yazıçısı Elçin yazırdı: “Hissə qapılmadan, “mühacirətdə nə yazılıbsa, hamısı əladır!” –kimi prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan araşdırmalar nəticəsində xalqımızın uzun müddət ayrı düşmüş mənəvi sərvəti, təbii ki, özünə qaytarılmalıdır” [2]. Ümumiyyətlə, Vətən vəfadarlığı, əlbəttə, böyük məsuliyyət hissi, borc duyğusu yaradır:həmvətənlər Vətənin vəfadarlığına eyni vəfadarlıqla da cavab verməli, Vətənə yaxınlaşmaq, vətənin sevincini bölüşmək, kədərinə şərik çıxmaq naminə vətəndaşlıq qeyrəti göstərməlidirlər [3].
Respublikamızda baş verən ictimai-siyasi hadisələri müntəzəm izləyən mühacirlərin böyük əksəriyyətində Azərbaycanda cərəyan edən hadisələri obyektiv qavramaq və ona real münasibət bəsləmək meyli yaranmışdır [4].
Yeri gəlmişkən qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ilin iyunun 3-də keçirilib.İki gün davam edən Dünya Azərbaycanlılarının IV qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi.Hazırda dünyada 462 diaspor təşkilatı fəaliyyət göstərir.Bu gün dünyada ölkəmizin 92 diplomatik nümayəndəliyi və 62 səfirliyi fəaliyyət göstərir.Tədqiqatçılarımızın mühacirət mövzusunda qələmə aldıqları hər bir əsər çağımızda ciddi maraq doğurur.Fikrimizcə, mühacirətin tarixi ilə bağlı qaranlıq məsələlərin öyrənilməsinə, ciddi araşdırmalara və fundamental tədqiqlərə daha çox ehtiyac duyulur.
Xülasə
70 illik sovet rejimi dövründə Azərbaycan siyasi mühacirəti haqqında, əsasən qərəzli, subyektiv fikirlər söylənilmiş, mühacirət hərəkatının görkəmli xadimlərinin ünvanına təhqirlər yağdırılmış, onların elmi araşdırmaları, bədii-publisistik yaradıcılığı marksist-leninçi metodologiyanın prinsipləri baxımından tənqid edilmişdir.1980-ci illərin sonlarında keçmiş SSRİ məkanında , o cümlədən Azərbaycanda gedən ictimai-siyasi proseslər obyektiv olaraq mühacirət problemini də aktuallaşdırmış, beləliklə, Azərbaycan mühacirətşünaslığı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
İstifadə olunmuş ədəbiyyat